• Bakı 27° C

    10.97 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Hərbçilərin törətdiyi ictimai təhlükə törətməyən cinayətlərin təhqiqatı qaydası dəyişir

SİYASƏT

16 May 2025 | 12:15

Hərbçilərin törətdiyi ictimai təhlükə törətməyən cinayətlərin təhqiqatı qaydası dəyişir

Müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən yeni - 214.4-1-ci maddədə əksini tapıb.

Bununla əlaqədar hərbi məhkəmələrin baxdığı işlər siyahısına məhkəmədəyək sadələşdirilmiş icraat üzrə materiallar daxil edilir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

Mina Mikayılova


SON XƏBƏRLƏR

02 Iyul 2025