• Bakı 17° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Almaniya kansleri Putini tənqid etdi

DÜNYA

16 May 2025 | 12:21 | Müəllif: Qalib İbrahimoğlu

Almaniya kansleri Putini tənqid etdi

Almaniya kansleri Fridrix Merz Rusiya prezidentin Vladimir Putini tənqid edib.

Bakıvaxtı.az bu barədə “HaberGlobal”a istinadla xəbər verir.

Almaniyanın “ZDF” televiziyasında çıxış edən Fridrix Merz Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə getməklə “böyük xoşməramlı” olduğunu bildirib. Kansler əlavə edib ki, hazırda gəlməməklə səhv edən yeganə şəxs Putindir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin mayın 11-də İstanbulda 3 il əvvəl kəsilən birbaşa danışıqların mayın 15-də heç bir şərt qoyulmadan yenidən başlaması təklifini gündəmə gətirib və prezident Rəcəb Tayyib Ərdoğandan onları qəbul etməyi xahiş edib.

Ukrayna administrasiyası buna müsbət cavab versə də, beynəlxalq ictimaiyyət də İstanbul sülh danışıqlarının gündəmini alqışlayıb.

Ukrayna prezidenti Zelenski Rusiya prezidenti Putini Ankarada gözləyəcəyini açıqlayıb və mayın 15-də Ankaraya gedərək Ərdoğanla görüşüb.

Digər tərəfdən Putin Rusiya nümayəndə heyətini danışıqlar üçün İstanbula göndərsə də, özü Türkiyəyə grtməyib.

Elşən Məmmədzadə

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026