• Bakı 15° C

    8.45 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Rubio: Putin və Trampın görüşü olacaq?

DÜNYA

16 May 2025 | 09:08

Rubio: Putin və Trampın görüşü olacaq?

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Amerika lideri Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə ehtimal olunan görüşünün vaxtı və yeri hələ müəyyən edilməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində söyləyib.

“Bu məsələ üzərində bir neçə ay işlədikdən sonra öyrəndiklərimizi nəzərə alaraq, Prezident Tramp Vladimir Putinlə danışıqlar masasına oturmayınca heç nə baş verməyəcək. Mən hələ tarix və yeri bilmirəm, lakin bu, hazırda həqiqətən yeganə imkandır”, – o vurğulayıb.


SON XƏBƏRLƏR