• Bakı 24° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Livan ordusu “HƏMAS”ın iki liderini saxlayıb

DÜNYA

16 Aprel 2025 | 09:17

Livan ordusu “HƏMAS”ın iki liderini saxlayıb

Aprelin 15-də Livan ordusunun xüsusi təyinatlılarının ölkənin cənubundakı Səidə şəhərində keçirdiyi əməliyyat zamanı Fələstinin radikal “HƏMAS” hərəkatının rəhbərliyinin iki üzvü saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Janoubia” xəbər portalı saxlanılanların adlarını qeyd etmədən məlumat yayıb.

Qeyd olunub ki, bu, Livanın cənubundan İsrailə qarşı silahlı hücumlarla bağlı fələstinlilərin həbs olunması ilk dəfə deyil.

Bundan əvvəl Livanın Silahlı Qüvvələrinin komandanlığı Fələstin cəbhələrinin Bekaa vadisində və Suriya ilə sərhəddə yerləşən 6 hərbi bazasını bağlayıb, orada yerləşən texnika və sursatları müsadirə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026