• Bakı 34° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Fatih Terim "Qarabağ" klubunun bazasını ziyarət edib

İDMAN

17 Noyabr 2024 | 17:23

Fatih Terim Qarabağ klubunun bazasını ziyarət edib

Azərbaycanda səfərdə olan türkiyəli tanınmış mütəxəssis Fatih Terim, "Qalatasaray"ın idarə heyətinin üzvləri İbrahim Hatipoğlu və Emin İmanov "Qarabağ" klubunun bazasını ziyarət edib.

Bakıvaxtı.az-ın məlumatına görə, qonaqlar ilk olaraq komandanın məşqini izləyib və baş məşqçisi Qurban Qurbanov ilə görüşüb.

Sonra Azərbaycan çempionunun baş direktoru Emrah Çelikel ilə görüşən tanınmış mütəxəssis Fatih Terimə və "Qalatasaray"ın idarə heyətinin üzvü İbrahim Hatipoğluna ziyarətin sonunda klubun adından xüsusi hədiyyə təqdim edilib.

Sonda xatirə fotosu çəkilib.


SON XƏBƏRLƏR

25 Iyul 2025