• Bakı 26° C

    1.31 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

“Qarabağ” 900-cü ev qolunu vurdu

İDMAN

17 Dekabr 2024 | 10:23

“Qarabağ” 900-cü ev qolunu vurdu

“Qarabağ” Azərbaycan çempionatlarında 900-cü ev qolunu vurub.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XVII turuna təsadüf edib.

“Sumqayıt”la görüşdə vurulan sonuncu top yubiley xarakteri daşıyıb. “Qarabağ”ın öz meydanındakı 900-cü qoluna Toral Bayramov imza atıb.

Ağdam klubu “900”ə 464-cü ev matçında çatıb. “Qarabağ” öz meydanında 900 və daha çox qol vuran ikinci komanda olub. Bunadək yalnız “Neftçi” öz meydanında bu qədər qola imza atıb.

Qeyd edək ki, “Qarabağ”ın ilk ev qolunu 1992-ci il mayın 3-də Sabirabad “İnşaatçı”sı ilə matçda Mehman Alışanov vurub.


SON XƏBƏRLƏR

19 Iyul 2025