• Bakı 15° C

    9.19 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

"Mənə kimsə tapşırıq verə bilər?" - Qurban Qurbanov

İDMAN

18 Oktyabr 2024 | 23:42

Mənə kimsə tapşırıq verə bilər? - Qurban Qurbanov

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 10-cu turunda “Kəpəz”ə 5:0 hesabı ilə qalib gəldikləri oyun barədə fikirlərini bölüşüb.

Bakıvaxtı.az xəbər verir ki, təcrübəli mütəxəssis Tovuzdakı matçı belə dəyərləndirib:

"Vacib oyun və vacib qələbə idi. Tam razı qalmasam da, fərqli qalibiyyət oldu. İkinci hissə nisbətən istədiyim kimi oldu.

Millidən qayıdan futbolçular üzgün olsalar da, durumları normala dönüb.

Millinin məğlub olduğu 4 oyunun heç də hamısı uduzulası deyildi. Bu komanda bizimdir, həmişə omun yanında olmalıyıq. İnşallah, qarşıdakı oyunlarda uğursuzluğa son qoyarlar.

"Qarabağ"ın yerli oyunçularının millidə zəif məhsuldarlıq göstərmələrinə gəlincə, söhbət Musa və Nərimandan gedirsə, onlar bizdə də az oynayırlar. Çünki rəqabətdə uduzurlar. Musa zədədən yeni qayıdıb. Üzərlərində daha çox çalışıb heyətdə çox oynamalıdırlar.
Əvvəlki dövrlərdə, o cümlədən mənim baş məşqçi olduğum vaxtda milliyə tapşırıqla oyunçu cəlb olunması ciddi söhbət deyil. Sovet vaxtından gələn iddiadı. Məni az-çox tanıyırsınız, sizcə, kimsə mənə tapşırıq verə bilər?". 


SON XƏBƏRLƏR

18 Oktyabr 2024