• Bakı 15° C

    9.59 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

"Qarabağ" "Kəpəz"i darmadağın etdi

İDMAN

18 Oktyabr 2024 | 20:26

Qarabağ Kəpəzi darmadağın etdi

Futbol üzrə Misli Premyer Liqasında ikinci dövrəyə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, X turun açılış oyununda "Kəpəz" və "Qarabağ" komandaları üz-üzə gəlib. Tovuz şəhər stadionunda reallaşan qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində qolları Emmanuel Addai, Aleksey İsayev, Leandro Andrade, Toral Bayramov və Aleksey Kaşuk vurublar.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran "Qarabağ" turnir cədvəlinə başçılıq edir. "Kəpəz" isə 3 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, turun digər görüşləri 19-20 oktyabrda baş tutacaq.


SON XƏBƏRLƏR