• Bakı 18° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

"Səməd sənə "qoca, kaftar" deyirdi" - Efirdə biabırçılıq

ŞOU

19 Sentyabr 2024 | 15:40

Səməd sənə qoca, kaftar deyirdi - Efirdə biabırçılıq

Əməkdar artist Bəsti Bəkirova mərhum Xalq artisti Səməd Səmədovla bağlı etirafları ilə gündəmə gəlib. 

Bakıvaxtı..az xəbər verir ki, "Elgizlə izlə" proqramında qonaq olan müğənni S.Səmədovun onunla toya gedib, qonorarını vermədiyini söyləyib:

"Biz 4 ildən çox çalışdıq. 1996-cı ildən çalışırdıq. Biz pula görə ayrıldıq. Gəncədə toy danışmışdıq. Gətirib mənə qat-qat az verdi. Dedim  ki, bu azdır. Dedi ki, olan budur, istəmirsən get. Səhər saat 4-ə kimi toy oxumuşdum. Amma danışdığımız məbləği vermədi. Mən də qəbul etmədim və getdim".

B.Bəkirovanın sözlərinə proqramda qonaq olan Əməkdaq artist Qorxmaz Əlili və müğənni Sevda Əliqızı etiraz edib. B.Bəkirova isə əsəbiləşərək efiri tərk edib. 

Daha sonra studiyaya qayıdan Bəsti Sevdaya "Səmədlə ayrılanda ona nələr dedin. Ona "kaftar" belə deyirdin. O isə sənə "qoca" deyirdi. Bir-birinizə dəfələrlə "qoca, kaftar" dediniz. Bir verilişdə səni müdafiə belə edirdim. Bir-birinizə demədiyiniz söz qalmadı. Mən isə mədəni şəkildə ayrılmışdım." sözlərini söyləyib. 

Proqram zamanı ifaçılar arasında dava düşüb. Axşam.az

 


SON XƏBƏRLƏR