Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrisi onu qanunsuz təqib etməkdə ittiham edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Harris və onun tərəfdarları məni qanunsuz olaraq təqib edir", - o bildirib.
O, həmçinin İranın əldə etdiyi məlumatları Harrisin tərəfdarlarına ötürdüyünü deyib.
Bundan əvvəl ABŞ xüsusi xidmət orqanları iranlı hakerlərin Trampın seçki qərargahından daxili sənədləri oğurlayaraq mediaya göndərdiklərini bildirmişdi.