• Bakı 18° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Ölən “Hizbullah” üzvlərinin sayı 25-ə çatıb

DÜNYA

19 Sentyabr 2024 | 16:34

Ölən “Hizbullah” üzvlərinin sayı 25-ə çatıb

“Hizbullah” hərəkatı İsrailin kiberhücumu nəticəsində ratsiyaların (xüsusi rabitə qurğuları) partlaması zamanı 25 üzvünün öldüyünü bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərəkatın sosial media hesabında yerləşdirilən kommünikedə deyilir. “Hizbullah” üzvlərinin hansı şəhər və rayonlarda öldüyü qeyd olunmur, eləcə də hadisə zamanı yaralanan döyüşçülərin sayı barədə məlumat verilmir.

Qeyd edək ki, Livanın Səhiyyə Nazirliyi ölkədə rabitə cihazlarının partlaması nəticəsində ölənlərin sayının 32 nəfərə yüksəldiyini, 460 nəfərin yaralandığını bildirib.

Təkrarlanan kiberhücumun gedişində Icom IC-V82 portativ ratsiyaları, litium-ion batareyaları və günəş panelləri olan smartfonlar və digər qurğular partlayıb.

Reuters agentliyinin məlumatına görə, ratsiyalar Hizbullah tərəfindən təxminən beş ay əvvəl alınıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

19 Sentyabr 2024