• Bakı 18° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Kreml rəsmi Tehranı geri oturdacaq:  Rusiya İrana başa salacaq ki...

SİYASƏT

19 Sentyabr 2024 | 14:52

Kreml rəsmi Tehranı geri oturdacaq:  Rusiya İrana başa salacaq ki...

“Rusiyanın Cənubi Qafqazla bağlı maraqları böyük ölçüdə dəyişməyib. Kreml sözügedən regionda münaqişələr hesabına xaotik durum yaradıb və daha sonra bu vəziyyət üzərindən nəzarət imkanları əldə edərək, regiondakı təsir gücünü saxlamağa çalışıb”.

Bu barədə Bakıvaxtı.az-a analitik Turan Rzayev Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İranda Prezident Məsud Pezeşkianla görüşüb, ona Rusiya lideri Vladimir Putinin mesajını çatdırmasından danışarkən deyib.

Ekspert qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin başlanması və illərdir davam etməsi, şimal qonşumuzu digər regionlara olan diqqətini müəyyən qədər azaltmağa məcbur edib:

“Cənubi Qafqaz da həmin regionlardan biridir. Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışması fonunda Azərbaycan əlverişli geostratreji vəziyyətdən istifadə edərək, Qarabağ münaqişəsini yekunlaşdırdı. Bu, Rusiya üçün gözlənilməz oldu və bununla da Kreml çətin duruma düşdü. Ən azından onun regional maraqlarının təmin olunmamasına gətirib çıxardı. Təbii ki, Rusiya maraqlarında dəyişiklik etməyib, amma müəyyən korrektələr etməyə məcbur qalıb. Vaxtilə Qarabağ üzərindən Azərbaycan və Ermənistana təzyiqlər göstərməyə çalışırdısa, indi də eyni təzyiqi dəhliz üzərindən göstərir. Rusiyanın əsas məqsədi 10 noyabr bəyanatında göstərildiyi kimi, Zəngəzur dəhlizinə nəzarəti ələ keçirməkdən ibarətdir. Kreml faktiki olaraq, iki ölkə arasında münaqişəni yenidən alovlandıracaq “rıçak” əldə etməyə çalışır. Aydın məsələdir ki, 10 noyabr bəyanatında maneəsiz hərəkət prinsipi qeyd olunub. Yəni gələcəkdə bu ərazidən keçən yük və minik avtomobilləri rahatlıqla ermənilər tərəfindən yenidən zərər görər. Bu da iki ölkə arasında yeni toqquşmalara yol aça bilər. Bütün bunlar versiyalardır. Ümumilikdə, Rusiya bunu nəzərə alaraq, ərazilərə nəzarəti əldə etməyə çalışır”.

Ekspertin sözlərinə görə, indiki məqamda İranı narahat edən məsələ Ermənistanla sərhəddinin sıradan çıxmasıdır:

“Çünki bu iki ölkə arasında bir çox saziş mövcuddur. Bu sazişlərin bəziləri bilinsə də, əksəriyyəti məxfi saxlanılır. Bu iki ölkə arasında narkotik dövriyyənin sərhəddən daha rahat daşınması istiqamətində sazişlər mövcuddur. Bunun ən real sübutu işğal dövründə Qarabağda İran tərəfindən maliyyələşdirilən və salınan narkotik plantasiyaları ilə bağlıdır. İşğal dövründə İran Qarabağı narkotik plantasiyaların məskəninə çevirmişdi. Narkotikin Ermənistan üzərindən Gürcüstan və Avropaya daşınmasını təmin edərək, müəyyən məbləğdə gəlir edirdi. Bununla da özünü iqtisadi sanksiyalardan sığortalamağa çalışırdı. Qarabağın işğaldan azad olunmasından sonra cənub qonşumuz ciddi bir itkiyə məruz qaldı. İndi də bu daşınmanın itirilməsini istəmir və buna görə də “qırmızı xətt” ritorikasına baş vurur”.

Turan Rzayev: Rusiya və İranın uzun müddət gərginlik içərisində yaşaması gözlənilmir

T.Rzayev qeyd edib ki, İranın Rusiya ilə Cənubi Qafqazda 200 ilə yaxın razılaşması var. Söhbət Türkmənçay və Gülüstan müqavilələrindən gedir:

“Reallıqlar və geosiyasi vəziyyət dəyişsə də, hazırda bu iki ölkənin bir-birinə çox böyük ehtiyacı var. Xüsusilə də İranın İsrail təhdidi fonunda, Rusiyanın da Ukrayna müharibəsi fonunda bu ölkələrin bir-birilərinə ehtiyacları yaranır. Bu mənada Rusiya və İranın uzun müddət gərginlik içərisində yaşaması gözlənilmir. İndiki məqamda da Kreml İranı geri oturdacaq. Daha doğrusu, saziş imzalanacaq və buna əsasən də rəsmi Tehran əvvəlki mövqeyinə çəkiləcək. Rusiya İrana başa salacaq ki, dəhlizin açılması onun regional maraqlarını “çeynəmir”.

Aydın Baxış


SON XƏBƏRLƏR