Moskva, Ankara və Tehran İrəvan və Bakıya sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün “3+3” platformasından istifadə etməyi təklif ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə “3+3” platformasının iclasının yekununda deyib.
Onun sözlərinə görə, Moskva Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli işi çərçivəsində həm prezidentlər səviyyəsində, həm də xarici işlər nazirləri və digərləri səviyyəsində yaradılmış zəminləri xatırladıb.
Bundan əlavə, o qeyd edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı məsələlər var:
“Hazırda heç bir görüş planlaşdırılmır, bizim erməni həmkarlarımız hesab edirlər ki, əvvəlcə türklərlə birbaşa əlaqə saxlamalı və nə etmək lazım olduğunu başa düşməlidirlər”.