• Bakı C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.7752

    RUB - 1.6516

Deputatdan marginal siyasi qruplara əsaslı cavab

SİYASƏT

18 Oktyabr 2024 | 16:39

Deputatdan marginal siyasi qruplara əsaslı cavab

“Ölkəmiz Qafqazın aparıcı ölkəsi olaraq regional və bir sıra qlobal məsələlərə töhvə verməkdədir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Vüqar Bayramov Azərbaycanın uğurlarını həzm edə bilməyən marjinal siyasi qruplara və bəzi xarici dairələrə ünvanlayaraq bildirib.

Deputat nəzərə çatdırıb ki, son 21 ildə Azərbaycan iqtisadiyyatının, eləcə də sosial təminat sisteminin kifayət qədər güclənməsi müşahidə olunub.

V.Bayramov qeyd edib ki, 2003-cü il ilə müqayisədə Azərbaycanda minimum əməkhaqqı 38 dəfə, minimum pensiya 14 dəfə artıb və 2003-cü ildə Azərbaycanda ÜDM-in dollar ekvivalentində məbləği cəmi 7 milyard dollar idisə, bu gün həmin məbləğ 72 milyard dollardır:

“Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları həmin dövrdə 2 milyard dolardan az idi. Ötən il bu rəqəm 70 milyard dollara çatıb”.

Vüqar Bayramov bildirib ki, bu gün əldə etdiyimiz uğurlar, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinin banisi ümummilli liderimizdir. Qarabağı, Füzulini, Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, möhtərəm Prezidentin idarəçiliyinin yetirmələridir.

Onun sözlərin görə, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan iqtisadiyyatının yenidən bərpa edilməsinə və 1993-cü ildə müşahidə edilən tənəzzülün qısa zamanda aradan qalxmasına gətirib çıxardıb:

“O vaxt Azərbaycanın ÜDM-i cəmi 375 milyon manat, büdcə gəlirləri isə cəmi 100 milyon manat idi. Çox qısa zamanda iqtisadiyyatdakı tənəzzülün qarşısı alınıb və 1996-cı ildən ÜDM-dəki artım sonrakı dövrlərdə də sürətli iqtisadi artıma çevrilib. ÜDM çox qısa zamanda 4,5 dəfə artıb. Azərbaycan iqtisadiyyatı bir neçə il ərzində 5 dəfəyə yaxın böyüyüb”​​​​​​

Mina Mikayılova 


SON XƏBƏRLƏR

23 Dekabr 2024