• Bakı 18° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

“Oğlum mənə deyir ki, Səmədi rahat burax

ŞOU

19 Sentyabr 2024 | 15:07

“Oğlum mənə deyir ki, Səmədi rahat burax”

“3 ildir ki, onsuz ad günü keçirdirəm. Çox çətindir. Efirlərə çıxmaq istəmirəm. Səmədin vəfatından sonra çox insanlardan, sənət dostlarından incimişəm. Bu barədə isə danışmaq istəmirəm. Çünki bunlar boş şeylərdir”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Səməd Səmədovun həyat yoldaşı İradə xanım “Elgizlə izlə” verilişinə müsahibəsində deyib.

 Sənətçinin xanımı S.Səmədovla son danışıqlarını bu sözlərlə xatırlayıb:

“Səmədlə telefonla danışırdım. Keyfi yaxşı idi. Ona söylədim ki, qayıdıb gəlmək istəyirəm. Səməd də dedi ki, mən səni evə qoyan deyiləm. Çünki xəstəlik (Covid19 infeksiyası – red.) sənə keçə bilər. Sonra isə mənə dedi ki, xəstəxanaya gedirəm, hər şey yaxşı olacaq. Məndə o ərəfə də gəlirdim. Zəng vurub mənə dedilər ki, o dünyasını dəyişib. Ürəyimdə o qaldı ki, kaş mən onun yanında olardım. Bəlkə onun yanında olsaydım kömək edərdim. Səmədə deyirdim ki, hərarətin var,  getmə işə. Amma məni dinləmirdi, yenə gedirdi”. 

İradə xanım ərinin heç bir duet ortağına onu qısqanmadığını söyləyib: 

“Heç bir qısqanclıq yox idi. Özünə güvənməyə adam qısqanır”. 

S.Səmədovun həyat yoldaşı onun ölümü ilə hələ də barışa bilmədiyini vurğulayıb: 

“Səmədin məzarını ziyarətə gələndə çox şeylər haqda onunla danışıram. Şikayət də, dava da edirəm onunla. Oğlum mənə deyir ki, Səmədi rahat burax, o axı artıq ölüb. Deyirəm ki, o niyə ölüb, niyə məni tək qoyub çıxıb gedib. Səməd gedişi ilə məni çox yandırdı. 

Qeyd edək ki, S.Səmədov 24 iyul 2021-ci ildə 74 yaşında Covid19-dan müalicə aldığı xəstəxanada sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib. 2019-cu il əvvəl onun bacısı da koronavirusdan dünyasını dəyişib.OLAY 


SON XƏBƏRLƏR