• Bakı 18° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Dövlət Vergi Xidmətinə 46 minə yaxın müraciət olub

CƏMİYYƏT

19 Sentyabr 2024 | 14:39

Dövlət Vergi Xidmətinə 46 minə yaxın müraciət olub

Cari ilin avqust ayı ərzində vergi orqanlarına ümumilikdə 45 min 947 müraciət daxil olub ki, onların 96,7 faizini ərizələr, 3,2 faizini şikayətlər, 0,1 faizini isə müxtəlif təkliflər təşkil edib.

Dövlət Vergi Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, daxil olmuş müraciətlərdən 83,9 faizinin baxılması avqust ayı ərzində başa çatdırılıb, 16,1 faizi isə hazırda icradadır.

Baxılmış müraciətlərdən 39,6 faizi həll olunub, 59,5 faizi barədə müvafiq izahatlar verilib, digəriləri ilə bağlı qanuna müvafiq qərarlar qəbul edilib. Avqust ayı ərzində daxil olmuş şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,3 faiz azalaraq 1251 olub. Həll edilmiş şikayətlərin 68,9 faizi kameral vergi yoxlamaları, 6,3 faizi şəxsi hesab vərəqələri, 4,7 faizi riskli vergiödəyiciləri, 3,9 faizi vergi borcu, 2,4 faizi vergiödəyicisinin qeydiyyatı, 2,4 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 1,6 faizi vergi mükəlləfiyyətləri, 9,8 faizi isə digər məsələlərlə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 72 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanuna müvafiq izahatlar verilib.


SON XƏBƏRLƏR