• Bakı 24° C

    4.4 m/s

Daşınar əmlakla bağlı qayda dəyişir

CƏMİYYƏT

19 Oktyabr 2024 | 13:15

Daşınar əmlakla bağlı qayda dəyişir

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması qaydasına dəyişiklik olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların əhatə dairəsi genişləndirilir.

Həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsi də əlavə olunur.

Daşınar əmlakın seriya nömrəsi istehlakçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026