• Bakı 26° C

    5.28 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Gələn il bəzi KİV-ə maliyyə yardımı ARTIRILACAQ

CƏMİYYƏT

18 Noyabr 2024 | 11:17

Gələn il bəzi KİV-ə maliyyə yardımı ARTIRILACAQ

2025-ci ildə bəzi kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsinə 65,1 milyon manat maliyyə yardımı nəzərdə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bu Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcə zərfində qeyd edilib.

2024-cü illə müqayisədə bu 0,3% çoxdur.

Bu vəsait "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, "Mir" Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulub.Report.az


SON XƏBƏRLƏR