“Hazırda Təcili Yardımda böyük islahatlar gedir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində “Rəqəmsal Tibbi Həllər" MMC-nin direktoru Ramil Mehdiyev deyib.
Bildirib ki, hər hansı çağırışda xəstənin xəstəxanaya təxliyəsi problemlər yaradırdı ki, “e-təbib” tətbiqi ilə bu problem aradan qalxıb:
“Artıq bir düyməyə basmaqla xəstəxanaya məlumat veriləcək ki, xəstə gəlir və həmin pasiyenti qəbul etmək üçün hazırlıqlar görüləcək”.
Mina Mikayılova