Orta ümumtəhsil müəssisələrində ardıcıl 9 gün dərs olmayacaq.
Bakıvaxtı.az xəbər verir ki, rəsmi qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək. 25-26 yanvar və 1-2 fevral şənbə və bazar günlərinə təsadüf etdiyindən, məktəblilər üçün ümumi istirahət müddəti 9 gün davam edəcək.
Beləliklə, tətil 25 yanvarda başlayacaq və 2 fevralda başa çatacaq.
3 fevraldan ikinci yarımilin dərsləri yenidən bərpa olunacaq.