• Bakı 32° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Qarabağ və Azərbaycan-Türkiyə Universitetləri üçün ayrılacaq vəsait AÇIQLANDI

CƏMİYYƏT

18 Noyabr 2024 | 11:10

Qarabağ və Azərbaycan-Türkiyə Universitetləri üçün ayrılacaq vəsait AÇIQLANDI

Gələn ilin dövlət büdcəsindən Qarabağ Universitetinin fəaliyyətinin 2025-ci ildə təmin edilməsi məqsədilə 17 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub.

Universitetdə növbəti tədris ilindən etibarən 2500-dək tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır.

Həmçinin Azərbaycan-Türkiyə Universitetinin fəaliyyətinin növbəti ildə də təmin edilməsi məqsədilə 10 milyon manat vəsait proqnozlaşdırılıb.

Bunlarla yanaşı, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial- iqtisadi inkişaf Strategiyası sənədinə uyğun olaraq ali təhsildə əlçatanlığın və keyfiyyətin artırılması, beynəlxalq rəqabətliliyin təmin edilməsi üçün keyfiyyəti ilə seçilən universitetlərdə və ya prioritet ixtisaslarda SABAH proqramları üzrə tədrisin təşkili (yeni tədbir) ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə 10 milyon manat nəzərdə tutulub.


SON XƏBƏRLƏR

18 Iyul 2025