• Bakı 19° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Ölüm tarixini proqnozlaşdıran proqram yaradıldı

DÜNYA

19 Sentyabr 2024 | 15:24

Ölüm tarixini proqnozlaşdıran proqram yaradıldı

San-Fransisko Kaliforniya Universitetinin alimləri tədqiqat qrupunun tərkibində istifadəçiyə onun ölüm tarixini öyrənməyə kömək edən süni intellektə əsaslanan proqram yaradıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Məlumata görə, istifadədən əvvəl proqram xüsusi anketlərdən istifadə edərək istifadəçinin sağlamlığı haqqında məlumat toplayır.

Qeyd olunub ki, Çəki, qanda şəkərin səviyyəsi, qan təzyiqi, yuxu keyfiyyəti, fiziki aktivlik, pis vərdişlər, qidalanma və gözlənilən ömür uzunluğuna təsir edən digər amillər haqqında məlumatlar nəzərə alınır.

Bundan əlavə, gözlənilən ölüm tarixini hesablayarkən, insanın sosial həyatı və psixi vəziyyətinin qiymətləndirilməsi aparılır. Tətbiq istifadəçinin ünsiyyətə nə qədər vaxt sərf etdiyini və müəyyən bir zamanda hansı əhval-ruhiyyənin üstünlük təşkil etdiyini təhlil edir.

Həmçinin, proqram bioloji yaşı göstərir və həyat müddətinizi artırmaq üçün motivasiya vasitələri, məşq seçimləri, əlavə tövsiyələr və sağlam qidalanma ideyaları təklif edir.

Tərtibatçıların fikrincə, “Ölüm saatı” insanları həyat tərzini dəyişməyə və sağlamlıqlarını məhv edən vərdişlərdən əl çəkməyə sövq edə bilər.

Mina Mikayılova


SON XƏBƏRLƏR

19 Sentyabr 2024