• Bakı 18° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Ermənistan KTMT-yə dönür? - Paşinyan bu addımın ona ciddi problemlər yaradacağını anlayır

SİYASƏT

19 Sentyabr 2024 | 17:17

Ermənistan KTMT-yə dönür? - Paşinyan bu addımın ona ciddi problemlər yaradacağını anlayır

“Ermənistanın KTMT-yə dönüşü qeyri-mümkündür”.

Bunu politoloq Abutalıb Səmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İrəvan üçün sadəcə aldığı qərarı rəsmiləşdirmək qalıb:

"Ermənistan faktiki olaraq KTMT-nin işində iştirak etmir və üzvlük haqqını da ödəmir. Baxmayraq ki, Paşinyanın bu addımın ona ciddi problemlər yaradacağını da anlayır. Ancaq Rusiyanın başı Ukraynaya qarışıb. Nə qədər ki, Rusiya-Ukrayna müharibəsi bitməyib, çalışır ki, müəyyən gedişlərlə Moskvadan uzaqlaşsın. Rusiya və onun təşkilatdakı KTMT-dəki təmsilçiləri Kremlin mövqeyini ifadə edirlər. Prosesi mümkün qədər uzatmaq istəyirlər. Ümid edirlər ki, Ukrayna müharibəsi bitdikdən sonra Ermənistanı təşkilatda saxlamaq mümkün ola bilər. Hakbuki, KTMT-nin əhəmyyətsiz olduğunu Ukrayna müharibəsi də göstərdi. Rusiya ağrı hərbi əməliyyata girişib, dünyanın yarısı ona qarşıdır və Moskvanın yanında heç kim yoxdur. Ukrayna NATO üzvü olmadığı halda hərbi alyansa daxil olan ölkələr Kiyevə hər cür dəstək verirlər”.

Müsdahibimiz qeyd edib ki, Rusiya KTMT üzvü olsa da, bu quruma daxil olan heç bir ölkə Rusiyaya yardım göstərmir. Hətta İttifaq Dövlətində birlikdə təmsil olunduğu Belarusun da ciddi yardımı gözə dəymir. Bütün bunlar KTMT-nin nə qədər əhəmyyətsiz olduğunu ortaya qoyur. Rusiyanı qorxudan da budur.

Abutalıb Səmədov: Dönüşü olmayan proseslər başlayıb

Həmsöhbətimiz əlavə edib ki, Ermənistanın KTMT-dən çıxması təşkilatın son nəticədə dağılmasına start verə bilər:

"Bu, pis nümunə olar. O səbəbdən Ermənistanın təşkilatda qalması üçün ciddi cəhd göstərilir. Əks halda Ermənistan nə hərbi, nə də iqtisadi baxımdan Rusiya üçün maraqlıdır. Moskvanı narahat edən Ermənistanın bu təşkilatdan çıxmasından sonra yaşana biləcəklərdir. Ona görə də nəyin bahasına olur-olsun Ermənistanı KTMT-də saxlamaq istəyir”.

“Ancaq dönüşü olmayan proseslər başlayıb. Yaxın vaxtlarda Ermənistan bu təşkilatı tərk etməsi ilə bağlı rəsmi açıqlama verəcək", - deyə Abutalıb Səmədov əlavə edfib.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan Ermənistan suverenliyinə təhdid yaratdığı üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurduğunu deyib. Paşinyan bildirib ki, Ermənistan bu təşkilatla bağlı geri dönülməsi mümkün olmayan nöqtəyə yaxındır. Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır:

“Ermənistan KTMT-yə qayıtmağa cəhd edir, yoxsa qayıtmağı düşünür? Yalnız qaldırdığımız suallara konkret cavablar verilsə, KTMT-dəki fəaliyyətimizi tam bərpa edəcəyik. Təşkilat qarşısında qaldırdığımız suallara cavab verilməlidir. Bu cavablar səslənənə qədər Ermənistan hər ötən an KTMT-dən daha da uzaqlaşır. Aviasiyada “geri dönüş olmayan nöqtə” ifadəsi var. Əgər bu nöqtəni hələ keçməmişiksə, o zaman belə vəziyyət davam edərsə, geri dönüşü olmayan bu nöqtəni keçəcəyimiz ehtimalı yüksəkdir. Heç kimin bizi bununla bağlı ittiham etmək üçün qanuni əsası olmayacaq”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Nikol Paşinyanın KTMT-ni qiymətləndirməsi ilə qəti şəkildə razılaşmır, təşkilat respublikanın suverenliyinə heç bir təhlükə yaratmır:

“Cənab Paşinyanla qəti şəkildə razılaşmamalıyıq. KTMT-dən Ermənistanın suverenliyinə heç bir təhlükə gələ bilməz və gəlmir. Əksinə, bu təşkilat üzv dövlətlərin suverenliyinin keşiyində durur. Amma biz səbirlə bu mövqeyi Ermənistan rəhbərliyinin diqqətinə çatdıracağıq”. Peskov bəyan edib ki, Rusiya Ermənistanla əlaqələri davam etdirir və etdirəcək: “Ermənistanla əlaqələri davam etdiririk və etdirəcəyik. Təbii ki, Ermənistan bizim yaxın tərəfdaşımızdır”.

Aydın Baxış


SON XƏBƏRLƏR

19 Sentyabr 2024