• Bakı 18° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

DƏHŞƏT: Küçədə çılpaq gəzən kişi DÖYÜLDÜ - VİDEO

DÜNYA

19 Sentyabr 2024 | 14:22

DƏHŞƏT: Küçədə çılpaq gəzən kişi DÖYÜLDÜ - VİDEO

Türkiyənin Mardin vilayətində maraqlı hadisə yaşanıb.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, Küçədə çılpaq gəzən şəxs ətrafdakılar tərəfindən təpik və şillə ilə döyülüb.

Məlumata görə, hadisə Mardinin Artuklu rayonunun İstasyon məhəlləsində baş verib. Küçədə çılpaq gəzən şəxsi görənlər - "Belə gəzməyə utanmırsan?" - deyərək ona təpik və şillə ilə zərbələr vurublar. Daha sonra çağırdıqları polis qruplarına təhvil veriblər.

Hadisə yoldan keçən sərnişin mikroavtobusundakı sərnişinlərdən biri tərəfindən mobil telefonla anbaan lentə alınıb.

Nəzarətə alınan şübhəli tibbi müayinədən sonra dindirilmək üçün polis bölməsinə aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


SON XƏBƏRLƏR