• Bakı 18° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Yeni Kaledoniyada zorakılıq: ölənlərin sayı 13-ə çatıb

DÜNYA

19 Sentyabr 2024 | 15:07

Yeni Kaledoniyada zorakılıq: ölənlərin sayı 13-ə çatıb

Yeni Kaledoniyada təhlükəsizlik qüvvələri ilə müstəqillik tərəfdarları arasında baş verən insidentlərdə ölənlərin sayı 13-ə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, Milli medianın Noumea Prokurorluğuna istinadən verdiyi xəbərə görə, Yeni Kaledoniyanın paytaxtı Noumeanın cənubundakı Saint-Luis kəndində təhlükəsizlik qüvvələrinin müstəqillik tərəfdarlarına qarşı müdaxiləsi nəticəsində 2 nəfər həyatını itirib.

Dövlət ittihamçısı Yves Dupas bildirib ki, jandarma hadisəyə müdaxilə edib və baş verənlər nəticəsində iki müstəqillik tərəfdarı yaralanıb, onlardan biri hadisə yerində ölüb.

Xəstəxanaya çatdırılan digər yaralıya müdaxilə edilməsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, mayın 13-dən bəri adada ölənlərin sayı 13-ə çatıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

19 Sentyabr 2024