• Bakı 18° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Qərb Maduronun həbs olunmasını istəyib

DÜNYA

19 Sentyabr 2024 | 17:55

Qərb Maduronun həbs olunmasını istəyib

Avropa Parlamenti Venesuela prezidenti Nikolas Maduroya qarşı beynəlxalq həbs qərarı verilməsini və müxalifət lideri Edmundo Qonzales Urrutianın dövlət başçısı kimi tanınmasını istəyib. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu, Avropa Parlamentinin qətnaməsində öz əksini tapıb.

Qətnamədə bildirilib ki,  Avropa İttifaqı və üzv dövlətləri Nikolas Maduronun insanlığa qarşı cinayətlərə görə beynəlxalq həbs qərarını tələb edir.

Bundan başqa, Avropa Parlamentinin deputatları Venesuela Milli Seçki Şurasının üzvlərinə qarşı sanksiyaların bərpasına çağırıblar.

Gülşən Şərif


SON XƏBƏRLƏR

19 Sentyabr 2024