• Bakı 18° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Peşəkar Çövkən Liqasının l dövrəsi yekunlaşıb

İDMAN

19 Sentyabr 2024 | 17:22

Peşəkar Çövkən Liqasının l dövrəsi yekunlaşıb

Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının l dövrəsi 9-cu turun oyunları ilə yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, “Zəfər” və “Ağstafa Dilbaz” çövkən komandaları arasında baş tutan gərgin mübarizə “Zəfər” komandasının 9-0 hesablı böyük üstünlüyü ilə başa çatıb.

Saat 17:00-da “Sərhədçi” və “Embawood” komandaları arasında keçirilən günün ikinci oyunu “Sərhədçi” komandasının 3-0 hesablı qələbəsi ilə, günün son oyunu isə saat 18:00-da “Polad” və “Köhlən” komandaları arasında keçirilib. Mübarizə “Polad” komandasının 5-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun növbəti qarşılaşması “Omar” komandasının “Qarabağ” komandası üzərində 3-0 hesablı qələbəsi, saat 17:00-da baş tutan qarşılaşma “Elit” komandasının “Şirvan” komandası üzərində 6-0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında ll dövrənin 1-ci turunun oyunları sentyabrın 24-25-də baş tutacaq.


SON XƏBƏRLƏR

19 Sentyabr 2024