• Bakı 18° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Ceyhun Məmmədov: "Dövlət Suverenliyi Gününün təsis edilməsi əlamətdar hadisədir"

SİYASƏT

19 Sentyabr 2024 | 14:30

Ceyhun Məmmədov: Dövlət Suverenliyi Gününün təsis edilməsi əlamətdar hadisədir

20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm bir mərhələni ifadə edir. Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin və  suverenliyinin bərpa olunmasının simvolu kimi qeyd olunacaq.

Bu əlamətdar günün təsis edilməsi ilə bağlı Bakıvaxtı.az-a fikirlərini bölüşən Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov ilk növbədə antiterror əməliyyatlarından söz açıb. Onun :

"Ermənistandan Azərbaycan ərazilərinə göndərilən minalarla itkilərimiz davamlı olaraq artırdı. Bütün bunları nəzərə alan ölkəmizin xəbərdarlığına və bəyanatlarına məhəl qoymayan separatçı rejim və onu dəstəkləyən Paşinyan komandasının cəzalandırılması üçün Azərbaycan antiterror tədbirlərini həyata keçirmək qərarını verdi. Bu antiterror tədbirləri Azərbaycan ərazilərində mövcud olan erməni silahlılarından min nəfərdən çoxunun məhv edilməsi və ya yaralanması ilə nəticələndi.Qəhrəman Azərbaycan Ordusu cəmi bir gün ərzində yüzlərlə kvadratkilometr işğal altındakı ərazimizi azad etdii, düşmənin 65-ə yaxın zirehli və zirehsiz vasitələrini, avtomobil texnikasını sıradan çıxardı"

Onun sözlərinə görə, Azərbaycan xalqı hər zaman müstəqillik uğrunda mübarizə aparıb:

"Azərbaycanın suverenliyi yenidən bərpa olundu və 20 sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edildi. Bu günün seçilməsi Azərbaycanın müstəqilliyini beynəlxalq aləmdə tanıtmaq və milli dövlət quruculuğunu gücləndirmək məqsədini daşıyır. Antiterror əməliyyatları Azərbaycan tarixində mühüm bir dönüş nöqtəsi idi.Suverenliyin tam bərpası ilə Azərbaycan xalqı öz dövlətini qurmaq və milli suverenliyini təmin etmək imkanı qazandı".

Ceyhun Məmmədov: Bu əlamətdar gün ölkəmizin beynəlxalq arenadakı mövqeyini bir daha təsdiq edəcək

Müsahibimiz qeyd edib ki, bu tarixin əhəmiyyəti yalnız dövlət suverenliyi anlayışı ilə məhdudlaşmır, həm də xalqın öz taleyini müəyyən etmək hüququnu təsdiqləyir. Dediyinə görə, Dövlət Suverenliyi Günü milli dəyərlərin, mədəniyyətin və tarixin qorunması, inkişafı üçün bir zəmin yaradacaq:

"Müstəqilliyin qorunması hər bir dövlətin əsas prioritetlərindən biridir və bu baxımdan Dövlət Suverenliyi Günü Azərbaycanın beynəlxalq arenada özünü müstəqil, güclü və sabit bir dövlət kimi təqdim etməsi üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün, həmçinin, Azərbaycan xalqının birliyi və dövlət qurumlarının möhkəmləndirilməsi, milli suverenliyin təmin edilməsi məqsədilə keçirilən tədbirlərlə qeyd olunacaq. Azərbaycanın geosiyasi mövqeyi, enerji resurslarına malik olması və regionda mühüm strateji rol oynaması ölkənin suverenliyini qorumaq və müdafiə etmək üçün xüsusi diqqət tələb edir. Bu baxımdan Dövlət Suverenliyi Günü yalnız tarixi bir hadisə deyil, həm də Azərbaycanın beynəlxalq arenada öz yerini gücləndirmək və milli maraqlarını qorumaq üçün vacib bir simvoldur".

Əli Hüseynov


SON XƏBƏRLƏR