• Bakı 18° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Turistlərin olduğu təyyarə itib

DÜNYA

19 Sentyabr 2024 | 13:38

Turistlərin olduğu təyyarə itib

İtaliya dağlarında göyərtəsində 3 nəfərin olduğu turist təyyarəsi itib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Rai News” portal məlumat yayıb.

Məlumata görə, aralarında fransız səyahətçilərin də olduğu təyyarə sentyabrın 17-də səhər saatlarında Emilia-Romanya bölgəsindəki Pavullo nel Frignano şəhərindən havaya qalxaraq Fransaya doğru istiqamət alıb.

Bildirilib ki, o, Apennin dağları üzərindən uçarkən siqnal göndərməyi dayandırıb.

Qeyd olunub ki, yerli xilasedicilər itkin düşənlərin axtarışına başlayıb, lakin yağış, duman və güclü külək əməliyyatı çətinləşdirir.

Bundan əlavə, zəif görmə səbəbindən helikopterləri havaya qaldırmağın hələlik mümkün olmadığı deyilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR