• Bakı 19° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Bakıya qaçmaq istəyən qatil aeroportda tutuldu - FOTO

DÜNYA

19 Sentyabr 2024 | 17:45

Bakıya qaçmaq istəyən qatil aeroportda tutuldu - FOTO

Türkiyədə fermer üzüm sahəsində öldürülüb.

Bakıvaxtı.az Lent.az-a istinadla bildirir ki, hadisə Manisa rayonunu Salihli qəsəbəsində baş verib. Burada üzüm sahəsində baş verən dava ilə bağlı polisə məlumat daxil olub. Hadisə yerinə gələn polislər 61 yaşlı İzzət Doğanın silahla vurularaq, öldürüldüyünü müəyyən ediblər.

Keçirilən əməliyyat tədbirləri ilə hadisəni törədən 50 yaşlı İ.E. saxlanılıb. Onun evindən çoxlu silah-sursat tapılıb.

Həmçinin kamera görüntülərindən hadisə olan əraziyə girən avtomobildəki 2 nəfərin də tutulması üçün polis tədbirlər görüb. Nəticədə 63 yaşlı S.G. İzmirdə bir evdə ələ keçirilib. Digər şəxs – 33 yaşlı E.G. isə İstanbul Sabiha Gökçen hava limanında saxlanılıb. Onun Azərbaycanın paytaxtı Bakıya qaçmaq məqsədilə hava limanına gəldiyi məlum olub.

Saxlanılanlardan S.G. və E.G. həbs edilib, İ.E. isə sərbəst buraxılıb. Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

19 Sentyabr 2024