• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Timur İvanovun həbs müddəti uzadıldı

DÜNYA

19 Sentyabr 2024 | 20:57 | Müəllif: Subhan Mahmudov

Timur İvanovun həbs müddəti uzadıldı

Moskvanın Basmannı məhkəməsi korrupsiyada ittiham olunan keçmiş müdafiə nazirinin müavini Timur İvanovun həbs müddətini üç ay uzadıb. 

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, məhkəmə istintaqın vəsatətini təmin edib və İvanovun, eləcə də onun şərik olduğu iddia edilən biznesmen və “Voljski Bereg” şirkətinin direktoru Sergey Borodinin həbs müddətini dekabrın 23-dək uzadıb.

Vəkillər işdə iştirak edənlərin barəsində seçilmiş həbs-qətimkan tədbirinin yüngülləşdirilərək ev dustaqlığına buraxılmasında israr ediblər.

Görüş bağlı qapılar arxasında keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026