• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatdı - VİDEO

CƏMİYYƏT

19 Sentyabr 2024 | 20:24 | Müəllif: Subhan Mahmudov

“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatdı - VİDEO

Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə Qazaxıstanda keçirilən "Sonsuz qardaşlıq - III" çoxmillətli təlimi başa çatıb.

MN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, dörd yüz nəfərdən çox heyətin iştirak etdiyi təlimin Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda bağlanış mərasimi keçirilib.

Tədbirdə təlim iştirakçılarının peşəkarlığı yüksək qiymətləndirilib.

Qeyd olunub ki, plana əsasən, sərhədi pozan şərti qanunsuz silahlı birləşmənin qarşısının alınması və zərərsizləşdirilməsi, hakim yüksəkliklərin ələ keçirilməsi, pilotsuz uçuş aparatlarının radioelektron mübarizə vasitələrindən istifadə etməklə sıradan çıxarılması, eləcə də dron hücumundan qorunma məqsədilə hava kəşfiyyatının aparılması və digər tapşırıqlar xüsusi təyinatlılar tərəfindən məharətlə yerinə yetirilib.
Sonda təlimdə fərqlənən hərbi qulluqçulara mükafatlar təqdim edilib.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026