• Bakı 21° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Astarada avtomobil 100 metr hündürlükdən dərəyə aşdı

HADİSƏ

19 Sentyabr 2024 | 23:16

Astarada avtomobil 100 metr hündürlükdən dərəyə aşdı

Astarada minik avtomobili dərəyə aşıb, ölən və xəsarət alan var.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Astara rayonunun dağlıq ərazisində, Üləsi kəndində qeydə alınıb.

Belə ki, Şahin Şiriyevin idarə etdiyi "Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq 100 metr hündürlükdən dərəyə aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Motlayataq kənd sakini 1981-ci il təvəllüdlü Mətləb Vaqif oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./report


SON XƏBƏRLƏR

19 Sentyabr 2024