• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

 Kanaldan kişi meyiti TAPILDI

HADİSƏ

19 Oktyabr 2024 | 20:10 | Müəllif: Subhan Mahmudov

Kanaldan kişi meyiti TAPILDI

Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisindən keçən kanalların birindən kişi meyiti aşkarlanıb. 

Bakıvaxtı.az xəbər verir ki, meyitin 3 gün öncə itkin düşən qəsəbə sakini 70 yaşlı Əlixan Mehdixanova məxsus olduğu müəyyənləşib. 

Həmin şəxs ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir. 

Meyit sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Onun hansı şəraitdə kanala düşdüyü məlum deyil. 

Hazırda fakt araşdırılır./shimal.News


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026