• Bakı 26° C

    12.05 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Ötən həftə 155 mina zərərsizləşdirilib

HADİSƏ

18 Noyabr 2024 | 11:35

Ötən həftə 155 mina zərərsizləşdirilib

Azad olunan ərazilərdə noyabrın 11-dən 17-ə qədər 29 tank əleyhinə mina, 126 piyada əleyhinə mina, 483 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 972.6 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.


SON XƏBƏRLƏR

03 Sentyabr 2025