• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Sumqayıtda DƏHŞƏT: Bir ailənin 5 üzvü DƏM QAZINDAN ZƏHƏRLƏNDİ

HADİSƏ

18 Dekabr 2024 | 08:32

Sumqayıtda DƏHŞƏT: Bir ailənin 5 üzvü DƏM QAZINDAN ZƏHƏRLƏNDİ

Sumqayıtda bir ailənin beş üzvü dəm qazından zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Yaşıl dərə yaşayış massivində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Qabil Niftalı oğlu Orucov, onun həyat yoldaşı, 1995-ci il təvəllüdlü Gülbuta İmamverdi qızı Orucova, övladları - 2019-cu il təvəllüdlü Niftalı Qabil oğlu Orucov, 2008-ci il təvəllüdlü Aysun Qabil qızı Orucova və 2016-cı il təvəllüdlü Samirə Qabil qızı Orucova dəm qazından zəhərləniblər.

Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb.

Hadisə araşdırılır.


SON XƏBƏRLƏR

18 Aprel 2025