Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi, Goranboy Rayon İcra Hakimiyyəti, Goranboy polis şöbəsinin nümayəndələri hər iki ailənin yaşadığı ünvana yollanıb. Oğlan və qız hər iki şəxs polis şöbəsinə aparılıb, izahatları alınıb. Hər iki ailəyə qanunvericiliklə bağlı məlumat verilib. İstintaq bölməsindən qızın nikah yaşına çatmadığı üçün tetkinlik yaşına çatmayan qız ailəsinə verildiyi barədə bildirilib, hazırda istintaq bölməsində araşdırma aparılır.
***
11:31
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Goranboy şəhərində qeydə alınıb.
Goranboy şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Diləfruz Məmmədova (şərti ad) rayonun Səfikürd kənd sakini olan 21 yaşlı sevdiyi oğlan tərəfindən evlənmək məqsədilə qaçırılıb.
Faktla bağlı Goranboy rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya və rayon Polis Şöbəsində araşdırma başlanıb.