• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Pirotexniki vasitələr satılan mağaza aşkarlandı

HADİSƏ

18 Dekabr 2024 | 09:11

Pirotexniki vasitələr satılan mağaza aşkarlandı

İsmayıllı polis əməkdaşlarının keçirdikləri tədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən Ş.Adıgözəlov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, ona məxsus mağazadan müxtəlif növ pirotexniki və tezalışan maddələr aşkarlanaraq götürülüb.

    Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Noyabr 2026