İstanbulda saxta spirtli içkidən zəhərlənərək xəstəxanaya müraciət edən 88 nəfərdən 33-ü dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə ilə bağlı şübhəli şəxs qismində saxlanılan 15 nəfərdən 4-ü həbs edilib.
Məlumata görə metanoldan zəhərlənən xəstələrdən 4 nəfərin müalicəsi başa çatdıqdan sonra evə buraxılıb.
Xəstəxanaya yerləşdirilən 48 xəstədən 29-nun süni nəfəs aparatına qoşularaq müalicəsi davam etdirilir.
Xəstələrdən biri müalicədən imtina edib, ikisi isə icazəsiz xəstəxananı tərk edib.
Son iki həftədə həyata keçirilən əməliyyatlarda isə təxminən 33 ton saxta spirt ələ keçirilib.