• Bakı C

    8.67 m/s

Saatlı və Göyçayda köməkçi tikili yanıb

HADİSƏ

15 Fevral 2025 | 18:31

Saatlı və Göyçayda köməkçi tikili yanıb

Saatlı rayonunun Mustafabəyli kəndində ümumi sahəsi 30 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb. 

Bakıvaxtı.az xəbər verir ki, yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Göyçay rayonunun Cəyirli kəndində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin içərisində yığılan taxtalar 5 m² sahədə və tikilinin taxta atmaları 10 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


SON XƏBƏRLƏR

18 Fevral 2025