• Bakı 16° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Sumqayıtda obyektdə YANĞIN

HADİSƏ

18 Dekabr 2024 | 11:00

Sumqayıtda obyektdə YANĞIN

Sumqayıtda obyektdə yanğın olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib

Bildirilib ki, nazirliyin“112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 18-ci mikrorayonda obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən birmərtəbəli çayxananın mətbəxində yanğın baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yanxınlıqdakı iaşə obyektlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200 kv.m. olan bir mərtəbəli çayxananın mətbəxinin yanar konstruksiyaları və əşyaları 20 kv.m. sahədə yanıb, yüksək temperaturdan 1 ədəd plastik pəncərəsi qismən əriyib.

Çayxananın qalan hisəsi yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.


SON XƏBƏRLƏR