• Bakı 8° C

    6.43 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Şirvanda axtarışda olan şəxs saxlanılıb

HADİSƏ

19 Oktyabr 2024 | 14:18 | Müəllif: Gülşən Şərif

Şirvanda axtarışda olan şəxs saxlanılıb

Ev satmaq adı altında dələduzluq etdiyi üçün axtarışda olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan əvvəllər məhkum olunmuş Rövşən Qasımov saxlanılıb.

R.Qasımov bir nəfər Şirvan sakininə özünə məxsus evi satacağı, eləcə də ipoteka krediti götürməyə köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənin 40 000 manatını ələ keçirib.

R.Qasımov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026