• Bakı 18° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Hakan Fidandan BRİKS-lə bağlı VACİB açıqlama

DÜNYA

19 Sentyabr 2024 | 14:35

Hakan Fidandan BRİKS-lə bağlı VACİB açıqlama

Avropa İttifaqı Türkiyənin birliyə qoşulmasına icazə vermədiyi üçün Ankara BRİCS dövlətlərarası təşkilatı ilə əməkdaşlıq edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu”nun efirində deyib.

"Əgər Türkiyənin Aİ ilə iqtisadi inteqrasiyası onun üzvlüyü ilə nəticələnsəydi, Türkiyə bəlkə də BRİCS kimi digər imkanları araşdırmazdı", - nazir bildirib.

Onun sözlərinə görə, Aİ liderləri Türkiyəyə qarşı elə davranıblar ki, sanki Avropa İttifaqına ultrasağçı partiyaların tərəfdarları rəhbərlik edir və onlar həqiqətən hakimiyyətə gəlsələr, Ankara üçün heç nə dəyişməyəcək:

“Hazırkı beynəlxalq diversifikasiya şəraitində əlbəttə ki, ticari-iqtisadi əməkdaşlığın müxtəlif variantlarını nəzərdən keçiririk. BRİCS indi bir platformadır, lakin o, tam olaraq institusionallaşdırılmayıb. Başqa sözlə, məsələn, Aİ-nin maliyyələşdirmə üsulları, modelləri, investisiya proqramları, meyarları, infrastrukturu və s. var. BRİCS-də hələ bu məsələlər tam həll olunmayıb. BRICS-ə daxil olanda görəcəyik ki, hər şey necə inkişaf edəcək. Biz bunun üçün çalışırıq”.


SON XƏBƏRLƏR