• Bakı 18° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

 “Hizbullah”ın ölən döyüşçülərinin sayı 20-yə çatıb

DÜNYA

19 Sentyabr 2024 | 13:37

 “Hizbullah”ın ölən döyüşçülərinin sayı 20-yə çatıb

“Hizbullah” hərəkatı İsrailin kiberhücumu nəticəsində ratsiyaların (xüsusi rabitə qurğuları) partlaması zamanı 20 üzvünün öldüyünü bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərəkatın sosial media hesabında yerləşdirilən kommünikedə deyilir. “Hizbullah” üzvlərinin hansı şəhər və rayonlarda öldüyü qeyd olunmur, eləcə də hadisə zamanı yaralanan döyüşçülərin sayı barədə məlumat verilmir.

Qeyd edək ki, Livanın Səhiyyə Nazirliyi ölkədə rabitə cihazlarının partlaması nəticəsində ölənlərin sayının 20 nəfərə yüksəldiyini, 460 nəfərin yaralandığını bildirib.

Təkrarlanan kiberhücumun gedişində Icom IC-V82 portativ ratsiyaları, litium-ion batareyaları və günəş panelləri olan smartfonlar və digər qurğular partlayıb.

Reuters agentliyinin məlumatına görə, ratsiyalar Hizbullah tərəfindən təxminən beş ay əvvəl alınıb.


SON XƏBƏRLƏR