• Bakı 17° C

    13.31 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Ukrayna Belqorodu vurdu - Yaralılar var

DÜNYA

18 Sentyabr 2024 | 17:01

Ukrayna Belqorodu vurdu - Yaralılar var

Rusiyanın Belqorod vilayəti pilotsuz uçuş aparatları (PUA) ilə atəşə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov bildirib.

Onun sözlərinə görə, vilayətinin sədyanı Şebekino şəhərində PUA hücumu nəticəsində 4 mülki şəxs yaralanıb. Qladkov deyib ki, zərbə xidməti avtobusa dəyib.

“Bir qadının qollarında, ikincinin qollarında və ayaqlarında qəlpə yaraları var. Daha iki nəfər də yaralanıb", - qubernator bildirib.

Ukrayna tərəfi hücumu şərh etməyib.


SON XƏBƏRLƏR

13 Sentyabr 2025