• Bakı 20° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8601

    RUB - 0.0175

Hakerlər Paşinyanın ofisinin məlumat bazasını ələ keçiriblər

DÜNYA

18 Sentyabr 2024 | 17:48

Hakerlər Paşinyanın ofisinin məlumat bazasını ələ keçiriblər

Rusiyanın haker qruplarından biri FTP ötürmə sistemi vasitəsilə Ermənistanın baş naziri Nikol Paşinyanın aparatının məlumat bazasına sızdığını iddia edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Hakerlər hökumətdən onların hesabına 2,5 milyon dollar köçürməyi tələb ediblər. Əks təqdirdə, məlumat bazası növbəti 48 saat ərzində məhv ediləcək.

Qeyd olunur ki, bu ilin iyun ayında Ermənistan prezidenti, baş naziri və hüquq-mühafizə orqanlarının rəsmi saytlarına hücumun həmin haker qrupu tərəfindən təşkil edildiyi ehtimal olunur.


SON XƏBƏRLƏR