• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Kürdə köməksiz qalan ailə xilas edildi - YENİLƏNİB

HADİSƏ

27 Mart 2026 | 16:29

Kürdə köməksiz qalan ailə xilas edildi - YENİLƏNİB

Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib.

Bakıvaxtı.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsi və Samux rayon İcra Hakimiyyətinin əməkdaşlarının birgə iştiraki ilə onlar Kürün ortasından kənara çıxarılıb.

Hazırda həmin şəxslərin vəziyyətlərinin normal olduğu bildirilir./APA

***

15:03

Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qalıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsi və rayon icra hakimiyyətinin əməkdaşları əraziyə cəlb olunublar.

Məlumatda qeyd olunub ki, hazırda birgə xilasetmə tədbirləri həyata keçirilir.

***

13:37

Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində balıq tutan şəxslər köməksiz vəziyyətdə qalıblar.

Bakıvaxtı.az-ın məlumatına görə, rayon sakinləri olan bir neçə nəfər Kürdə balıq tutmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Nəticədə balıqçılar Kürün ortasındakı adada qalıblar.

Dərhal əraziyə FHN-in və adiyyatı qurumların əməkdaşları cəlb edilib. Hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır./Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026