• Bakı 10° C

    12.02 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

NATO daxilində fikir ayrılıqları var - Stubb

DÜNYA

27 Mart 2026 | 14:48

NATO daxilində fikir ayrılıqları var - Stubb

NATO daxilində İran məsələsinə dair fikir ayrılıqları var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Finlandiyanın prezidenti Aleksandr Stubb “Politico”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, alyans iki hissəyə bölünüb: qlobal Şimal ölkələri və qlobal Qərb ölkələri.

“Qlobal Şimal liberal dünya nizamının müdafiəçisi rolunu üzərinə götürür, qlobal Qərb isə daha çox razılaşmalara yönəlmiş ABŞ-dən ibarətdir. Bu, sadəcə reallıqdır”, – deyə o bildirib.

Prezident həmçinin qeyd edib ki, Avropa ölkələrinin Yaxın Şərq siyasətində ABŞ-ni dəstəkləmək üçün mütləq şəkildə birləşmək borcu yoxdur.

“Bu, bir qədər sərt səslənə bilər, amma İran mənim müharibəm deyil, mənim müharibəm Ukraynadır”, – deyə Aleksandr Stubb əlavə edib.


SON XƏBƏRLƏR

26 Mart 2026