• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Türk dünyasına kəsə yolla bağlanacağıq -  Uraloğlu

DÜNYA

18 Sentyabr 2024 | 15:07

Türk dünyasına kəsə yolla bağlanacağıq -  Uraloğlu

Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla əməkdaşlığı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Anadolu”nun efirində deyib.

O bildirib ki, Azərbaycanda bu istiqamətdə işlər xeyli dərəcədə tamamlanıb: “Naxçıvanda təxminən 180 kilometrlik hissədə işlər görülür. Onlar da davam edir. Türkiyə tərəfdən Dilucudan, Iğdırdan Qarsa qədər gəlib Bakı-Tbilisi-Qars xəttinə bağlanacaq 224 kilometrlik bir dəhliz var. Beləliklə, Türk dünyasına kəsə yolla bağlanmış olacağıq”.


SON XƏBƏRLƏR