• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Moskvada Xəzər regionunda əməkdaşlıq məsələləri müzakirə olundu

SİYASƏT

18 Sentyabr 2024 | 22:16

Moskvada Xəzər regionunda əməkdaşlıq məsələləri müzakirə olundu

Sentyabrın 18-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Xəzəryanı dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri arasında illik görüş keçirilib. Görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu iştirak edib.

Bakıvaxtı.az Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ənənəvi olaraq görüş Beynəlxalq Xəzər dənizi Gününə həsr olunur.

“Xəzər regionunda çoxşaxəli əməkdaşlıq və “beşlik” formatında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, o cümlədən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Türkmənistanda keçiriləcək növbəti görüşünə hazırlıqla bağlı geniş məsələlər dairəsi üzrə maraqlı fikir mübadiləsi aparılıb”, – deyə nazirlikdə qeyd edilib.


SON XƏBƏRLƏR